QUBADA QANLI OLAY
02.06.2023Hakimiyyet.info.az-a Quba rayon prokurorluğundan daxil olan məlumatıda bildirilir ki, iyunun 2-si saat 01 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Murad Abbasov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.











