Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın müdafiə naziri Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın müdafiə naziri Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

07.06.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, iyunun 7-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstan Respublikasının müdafiə naziri Szalay-Bobrovnicski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Fərid Qayıbov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. Nazir Szalay-Bobrovnicski səmimi qəbula görə təşəkkür edib və dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Share