Vətənpərvər şairin Vətən sevgisi

Vətənpərvər şairin Vətən sevgisi

14.06.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bərdə Regional Mədəniyyət İdarəsi, Yevlax Şəhər Mərkəzi Kitabxanasında AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, xanəndə-şairə Ziba xanım Sevindikqızının “Vətən sevgisi” kitabının təqdimat mərasimi oldu.

13 iyun 2023 -cü il tarixində keçirilən kitab təqdimatı mərasimini Yevlax Şəhər Mərkəzi Kitabxanın məsul işçisi Sərdar müəllim tədbiri açaraq,
Vətən uğrunda şəhidlərimizin, eyni zamanda, Ulu Öndər- Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Azərbaycan himninin sədaları öz ecazkarlığı ilə tədbir iştirakçılarını yeni bir ovqata köklədi.
Tədbirdə çıxış edən AYB-nin üzvü, Prezident mükafatçısı , şair Mais Təmkin Ziba xanımın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Ziba xanımın vətənpərvər ruhda yazdığı poeziya nümunələrinin gənclərimizdə vətənpərvərlik hisslərinin aşılamasını, onların vətənə əsil övlad kimi yetişməsində mühüm rol oynamasını deyən Mais Təmkin- bir daha vurğuladı ki, “Vətən sevgisi” kitabı hər bir vətənsevər azərbaycanlının stolüstü kitabına çeviriləcəkdir.
Mais müəllim öz çıxışında Lerik Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru , AJB-nin üzvü – Hüsaməddin Abbasovun, Respublukanın Əməkdar jurnalisti, “Lerik ” qəzetinin baş redaktoru İdris Şükürlünün, yazıçı Qəni Camalın təbriklərini də Ziba xanımın ünvanına çatdırıb və ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanlı, Məhsəti Şairlər Məclisinin İdarə Heyətinin sədri , AYB və AJB-nin üzvü Cəvahir Qaraqızı, aktyor Salman Bağırov, pedaqoq Tərxanım Mahmudova, şairə Reyhan xanım, şair Ziyəddin Binəva, “Nur ocağı” Ədəbi Məclisinin sədri şairə Sehran Süleymanova, El Tv televiziya kanalının əməkdaşı İnqilab müəllim, Yevlax şəhərində fəaliyyət göstərən, Bəşir Səfəroğlu adına Xalq Teatrının direktoru Zöhrə Adıgözəlova, “Ocaq” Ədəbi Birliyinin sədri Almaz Rüstəmova, “Dan ulduzu” Ədəbi Birliyinin sədri Səttar Pənahlı, Diaspor nümayəndəsi Qalib Ağayev, şairə Minarə xanım, Qazi Məhəmməd və bir çox şəhid ailələri çıxış edərək, kitabın müəllifi Ziba xanıma xoş arzularını bildirməklə, şəhidlərin əziz xatirəsinə ithaf olunmuş kitabın yazılmasında müqəddəs bir işə imza atdığını dilə gətirdilər.
Onu da xatırladaq ki, “Vətən sevgisi” kitabında Ulu Öndər -Heydər Əliyevə, Prezident İlham Əliyevə, eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da ithaf olunmuş şeirlər yer almışdır.
Tədbirin sonunda çıxış edən Ziba xanım tədbirdə iştirak edənlərə, həmçinin, tədbirin təşkil olunmasında əməyini əsirgəməyən, şair Ziyəddin Binəvaya, Yevlax Şəhər Mərkəzi Kitabxanasının rəhbərliyinə, kitabın ön sözünün müəllifi şair Mais Təmkinə, şəhid ailələrinə öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə kitabın imzalama mərasimində şəhid ailələrinə kitablar hədiyyə olundu.

Mais Təmkin

Azərbaycan Yazıçılar Birliyinin Birliyinin üzvü, Prezident mükafatçısı

Share