Xilasediciləri köməksiz vəziyyətdə qalmış 22 nəfəri təxliyə ediblər
19.06.2023Fövqəladə Hallar Nazirliyi Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, sərnişinlərin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.
İyunun 18-də Xızının ucqar Ağdərə kəndi yaxınlığında avtobusda köməksiz vəziyyətdə qalan 24 sərnişin Seyid Bahadur pirini ziyarətə gedənlərdir. Pir Xızının ucqar Gimçi kəndi yaxınlığında yerləşi
Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla, 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.











