Ceyhun Bayramov Böyük Britaniyaya gedib

Ceyhun Bayramov Böyük Britaniyaya gedib

19.06.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Share