Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

20.06.2023 Off By Füzuli İsmayılov

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Share