DAHA BİR QAZİMİZ ÖZÜNÜ YANDIRDI
21.06.2023Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı 1993-cu il təvəllüdlü İlkin Həmid oğlu Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Onun icra hakimiyətində qəbul zamanı rəsmi qurumlardan narazılığa görə özünü yandırdığı bildirilir. Onun vəziyyətinin ağır olduğundan Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müharibədə artilleriya kəşfiyyatçısı olan qazının bədəni 30% yanıb. Hadisənin səbəbi barədə məlumat verilmir. İ.Tağıyev ailəlidir, iki azyaşlı övladı var.











