“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimov dünyasını dəyişib

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimov dünyasını dəyişib

21.06.2023 Off By Füzuli İsmayılov

Bu barədə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şərafətdin İlkin özünün feysbuk səhifəsində “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun atsının vəfatı ilə əlaqədar paylaşımını dərc edib.

“Əsl ağsaqqal, mehriban ata idin, Qurban dayı. Sən varikən hamı özünü arxalı, güclü sayırdı. Çox təəssüflər olsun ki, ölüm soyuq əlini sənə də uzatdı. ((( Həmişə yerin görünəcək, hörmətlə anılacaqsan, nurlu insan. Yerin cənnət, məkanın behişt olsun. Heyf səndən, çox heyf…(((ÖNƏMLİ!”

Mübariz Mənsimov Qurbanoğlu

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun bu gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi sabah Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq. Əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbiristanlığa aparılacaq. Dəfn mərasimi sabah saat 18:00-da Bakıda Keşlə qəbiristanlığında olacaq. Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər. Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək. Onu da qeyd edək ki, mərhumun vəfatı ilə əlaqədar istər Azərbaycandan, istərsə də, xarici ölkələrdə yaşayan soydaşlarımızdan saysız-hesabsız zənglər, mesajlar gəlməkdədir. Başsağlığı verən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Share