Kəmaləddin Heydərov Taleh Qaraşovun oğlunu yüksək vəzifəyə təyin etdi
24.06.2023 Off By Füzuli İsmayılovFövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov polkovnik Seymur Qaraşovu yeni vəzifəyə təyin edib. Nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Fövqəladə halları xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Seymur Qaraşov bundan əvvəl Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışırdı. Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.












