Ağstafada “Vətən sevgisi” kitabının təqdimatı keçirildi

Ağstafada “Vətən sevgisi” kitabının təqdimatı keçirildi

29.06.2023 Off By Füzuli İsmayılov

Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində AJB-nin üzvü, ,, Qızıl qələm” mükafatı laureatı xanəndə-şairə Ziba xanım Sevindikqızının ,, Vətən sevgisi” kitabının təqdimat mərasimi keçirildi.

25 iyun 2023 -cü il tarixində keçirilən kitab təqdimatı mərasimini Ağstafa rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Ariz Raquf oğlu Qədiməliyev açaraq tədbirin aparılmasını Azərbaycan Yazıçılar Birliyinin Birliyinin üzvü, Prezident mükafatçısı şair Mais Təmkinə həvalə etdi.
Mais Təmkin tədbir iştirakçılarını salamlayaraq, tədbirin aparılmasını ona həvalə etdiyinə görə Ariz müəllimə , eyni zamanda, “Vətən sevgisi” kitabının təqdimatının keçirilməsinə təşəbbüs göstərən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova, həmçinin, Ağstafa rayon mədəniyyət mərkəzinin direktor əvəzi Xuraman Əzimovaya öz dərin təşəkkürünü bildirdi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan respublikasının dövlət himni səsləndirildi.
Mais Təmkin Ziba Sevindikqızının yaradıclığı haqqında tədbir iştirakçılarına geniş və dolğun məlumat verdi.
Tədbirdə Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, mədəniyyət işçisi- aktyor Salman Bağırov, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, kinoakryor Tariyel Qasımov, Vətən müharibəsi qazisi Mirzahid Hacıyev, qaçış üzrə bir sıra idman yarışlarının qalibi Ağa Əliyev və şəhid ailələri çıxış edərək, “Vətən sevgisi” kitabının müəllifi Ziba xanıma bu məsuliyyətli və müqəddəs işdə uğurlar arzuladılar.
Tədbirdə Ağstafa rayon mərkəzi kitabxana sisteminin əməkdaşları, mədəniyyət işçiləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirin sonunda çıxış edən Ziba xanım tədbirin təşkil olunmasında öz dəstəyini əsirgəməyən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova, Ağstafa rayon Mədəniyyət mərkəzinin rəhbərliyinə minnətdarlıq hissini ifadə etdi.
Tədbirdə kitabın imzalama mərasimində şəhid ailələrinə və qazilərə kitablar hədiyyə olundu, xatirə şəkilləri çəkildi.

Mais Təmkin,

Azərbaycan Yazıçılar Birliyinin Birliyinin üzvü, Prezident mükafatçısı

Share