Peskovun Priqojinin hazırda harada olması barədə məlumatı yoxdur

Peskovun Priqojinin hazırda harada olması barədə məlumatı yoxdur

29.06.2023 Off By Füzuli İsmayılov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaqner” Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin hazırda harada olması barədə məlumatı olmadığını bildirib.

Trend xəbər verir ki, Peskov jurnalistlərin bununla bağlı sualını cavablandırıb. O deyib: “Məndə bu barədə məlumat yoxdur”.

Peskov Priqojinlə əlaqəsi olan təhlükəsizlik qüvvələrinin və hərbi qulluqçuların mümkün istefası ilə bağlı suala isə cavab verməkdən imtina edib.

Share