Xaçmazda dəhşətli olay: Əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanıb
07.07.2023Hakimiyyet.info.az-a Xaçmaz rayon prokurorluğundan daxil olan məlumatda bildirilir ki, əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanıb
İyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar – Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.











