Bu dəfə “Dərviş” Parisi partlada bilmədi
07.07.2023Fransa jandarmlar iğtişaşlar üçün nəzərdə tutula bilən 2,7 ton fişəngi ələ keçirib. Trend xəbər verir ki, Renn kommunası (Bretan bölgəsi, ölkənin şimal-qərbi) ərazisində jandarmlar pirotexniki vasitələrlə dolu yük maşınını saxlayıb.
Prokurorluğun məlumatında bildirilir ki, ələ keçirilən atəşfəşanlıq maddələri iğtişaşlar zamanı istifadə olunanlarla eyni tipdə olub.











