NATO Liderlər Zirvəsi başladı
11.07.2023Hakimiyyet.info.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO sammiti işə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı sammitdə İsveçin NATO-ya üzvlüyü, Ukrayna-Rusiya müharibəsi və NATO-nun yeni hərbi planları müzakirə olunacaq.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iştirak etdiyi sammitində Fransa prezidenti Emmanuel Makronla görüşüb.











