Vilayət Eyvazov mətbuat xidmətinə müvəqqəti rəis təyin etdi
11.07.2023 Off By Füzuli İsmayılovElşad Hacıyev Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müvəqqəti rəis təyin olunub. Bu barədə iyulun 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
İyulun 10-da Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Elşad Hacıyev 2011-ci ildən daxili işlər orqanlarında çalışır.











