BİNƏQƏDİDƏ İNSANLAR TƏHLÜKƏ ALTINDA YAQŞAYIR

BİNƏQƏDİDƏ İNSANLAR TƏHLÜKƏ ALTINDA YAQŞAYIR

14.07.2023 Off By Füzuli İsmayılov

Hörmətli redaksiya! Mən əslən Zəngilan rayonunun Ağalı kəndindənəm, 60 yaşım var və insult keçirmişəm, təəssüflər ki, digər xəstəliklərim də var. Sizə məktub yazmaqda məqsədim uzun illərdir bizi ciddi narahat edən yüksək gərginlikli elektrik xətlərinin burada yaşayan çoxsaylı insanların həyatına yaratdığı təhlükədir.

Azərişıq ASC-yə, Azərenerji-yə, Energetika Nazirliyinə və Nazirlər Kabinetinə etdiyimiz müraciətlərin heç bir fayda vermir. Bir neçə il öncə ölkə rəhbəri cənab İlham Əliyev müvafiq orqanlara şəhərin mərkəzində, əhalinin sıx məskunlaşdığı yerlərdə və Bakı şəhərinin səliqəli, təhlükəsizliyi ilə bağlı yüksək gərginlikli elektrik xətlərinin daha müasir səviyyədə, yeni texnoloji qaydalara uyğun çəkilməsini, yeraltı xətlərlə əvəz edilməsini tapşırdı. Bu göstərişə əsasən şəhərin bir çox yerlərində, elə bizim yaşadığımız Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsinin bir hissəsində bu layihə həyata keçirilib. Qalıb bizim yaşadığımız Koroğlu küçəsi.

Bü günlərdə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrə ölkə rəhbəri qiymət verərkən bir daha məmur səhlənkarlığını qeyd etdi. Biz də inanırıq ki, müvafiq orqanlar bu çıxışdan dərhal nəticə çıxaracaq və növbəti narazılıqların yaranmasına imkan verməzlər! Qeyd edim ki, bizim şəxsi vəsaitimiz hesabına həmin xətlərin yerinin dəyişdirilməsi imkanımız xaricindədir.
Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində 70 ilə yaxındır ki, 50 ev- böyükli, kiçikli 200 nəfərdən yuxarı əhali məskunlaşıb. Yüksək gərginlikli eletkrik xətləri evlərimizin, həyətlərimizin üstündən keçir. Azyaşlı uşaqlarımız, gələcəyimizin nümayəndələri həyətdə, məhəllədə oynayırlar və belə bir riskin altında biz çox narahatıq. Bir daha qeyd edirəm ki, bizim küçənin ətrafındakı bütün yüksək gərginlikli elektrik xətlərinin hamısının yeri dəyişdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirik ki, bizim yaşadığımız ünvanın elektrik xətlərinin yerinin dəyişilməsinə görə müvafiq orqanlara müraciətlərimizin çatdırılmasında, məsələnin ictimailəşməsində bizə köməklik göstərəsiniz. Məktubu bütün məhəllə sakinləri adından sizə ünvanlayıram.

Hökümə Mahdmudova,
Binəqədi rayonu, Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Koroqlu kuçəsi, ev 23

Share