Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

26.07.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, İstanbul şəhərində keçirilən “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.


Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Share