Maruan Hadudi-“Sabah”da yeni müdafiəçi
26.07.2023Hakimiyyet.info.az xəbər verir ki, Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb. Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.
Futbolçu karyerası ərzində ölkəsinin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarının şərəfini qoruyub.











