Döyüşü və diplomatiyanı uduzan Ermənistan və tərəfdarlarının təxribatla güc nümayişi
29.07.2023Bütün siyasi prosesləri qabaqcadan müəyyənləşdirib diplomatik münasibətləri məharətlə qurmağı bacaran dövlət başçısı həmişə qalıbdır. Bunu Prezident İlham Əliyev öz siyasi bacarığı və möhkəm iradəsi ilə sübut etdi.
44 günlük müharibənin qələbəsindən şoka düşən Putin qlobal güc imkanlarından istifadə etməklə 10.11.2020- ci il tarixli üçtərəfli müqavilənin imzalanması ilə münaqişəni nəzarətdə saxlamaqla Azərbaycani daim təzyiq altında saxlayacagina ümüdli olduğu halada İ.Əliyəv ugurlu diplamatik gedişlə uzun sürə biləcək müharibənin qarşısını almaq, ATƏT-in üzvü olan Amerika və Fransanın oyundan cıxarılması ilə ATƏT-in fəaliyyətinin dayandırılması və münaqişənin birbaşa səbəbkarı RF-nin sülhməramlı kimi münaqişənin mərkəzinə daxil etməsi böyük bir siyasi uğur idi. Sonrakı gedişlərdə isə dünya siyasətində inqilabi dəyişikliklər etməklə istər RF istərsədə Fransanın təzyiq siyasətini iflasa uğratdi.
Sirr deyil ki, bu günə kimi Azərbaycanın ağıllı siyasi diplomatiyası məharətli gedişlə Laçın yolunun şəhərin mərkəzindən çıxarılması ilə sərhəd keçid məntəqəsinin qurulması, Qarabağda qızıl yataqlarının qanunsuz istismarının dayandırılması, erməni işğalının, seperatizminin və törətdikləri cinayətin mötəbər məclislərdə səsləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması və s. ilə siyasi uğura nail olunmuşdur.
21-23 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilən 49 ölkədən 150 xarici qonaq, 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, 60 yerli medianın iştirak etdiyi “4-cü Sənaye İnqilabi dövründə yeni Media” Forumunda 3 saat görüş keçirib Azərbaycan həqiqətlərini və Ermənistan Azərbaycan münaqişəsinin gerçəkliyini, törədilən cinayətləri media nümayəndələri ilə görüşdə dünyaya çatdırmaq Prezident İlham Əliyevinin böyük bir siyasi gedisi oldu. Erməni hiyləgərliyinin və revanşizminin əsil simasının pərdəsini yirtib dünyaya nümayiş etdirdi. Dünyanın hazırkı böhranlı vəziyyətində münaqişəni məharətli diplomatik gedişlə udan güclü siyasi iradəyə malik dövlət başçısı İlham Əliyevin xidmətləri əvəzsizdir və Azərbaycan tarixinin qızıl səhifəsidir.
Bütün bu diplomatik gedişlərdə gündən-günə uduzan və Ermənistan Azərbaycan münaqişəsinin sona çatma anının yaxınlaşma prosesində olduğunu görən Erməni separatizmi və onları dəstəkləyən güclər təxribat xarakterli əməllərə əl atırlar və hər vəchlə sülh prosesinə mane olmağa çalışırlar.

Ermənistan tərəfi iki gün əvvəl ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə 400 ton “humanitar yük” adı altında Qarabağa çatdırılması qərarını qəbul edərək avtomobil konvoylarını Laçın sərhəd keçid məntəqəsinə göndərməsi düşünülmüş şəkildə dünyaya yalan mesajı verməkdən başqa bir şey deyil.
Azərbaycanın öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır”.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir. Bu addımlar, humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. Qeyd edilən təxribatda Avropa İttifaqının Ermənistandakı Missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirib. Hətta Kanada da bu missiyanın tərkibinə öz nümayəndələrini göndərib.
Bu hadisə ətrafında cərəyan edən proseslər deməyə əsas yaratdı ki, TIR-lərin sərhəddimiz istiqamətində göndərilməsi təxribatı tək rəsmi İrəvanın başının məhsulu deyil, tək onun yastığının altından çıxan məsələyə bənzəmir. Belə ki, heç sözügedən yük maşınları sərhəddimizə gəlib çatmamış Avropa İttifaqının “mülki” missiyası artıq həmin istiqamətdə, Laçın postuna çox yaxın ərazidə hazır vəziyyətdə pusquda durub vəziyyəti izləməyə başlamışdı

Bu artıq beynəlxalq norma və prinsiplərə yaraşmayan və sui istifadə etməklə açıq aydın təzyiq vasitəsinin pik nöqtəsidir. Əgər ermənilər üçün əsas məsələ qida ilə fasiləsiz təmin olunmaqdırsa, o qidanın hansı yolla gətirlməsinin fərqi olmamalıdır. Yox, əgər bunun ermənilər üçün ciddi fərqi varsa, demək, ortada başqa məkrli planlar, qeyri-sağlam niyyətlər var.
Əlbəttə İlham Əliyev iradəsi, diplomatiyası və qalib sərkərdəliyi dünya nizamının çalxalandığı bir vaxtda bu eybəcər sui istifadəyə yol verənlərin və erməni şovonizminin məkrli təxribatları ilə bağlı ümidlərini tezliklə piça çıxarmış olacaq. Ermənilər artıq özləri İlham Əliyev diplomatiyasına və sərkərdəliyinə heyran qalıblar. Məhz belə bir vaxtda bütov bir xalq olaraq Prezident İlham Əliyevin ətrafında birləşməliyik.
Əmir Çıraqəliyev
siyasi şərhçi











