“İrəvan ” FK ASK Arenada məşqlərini davam etdirir
29.07.2023Hakimiyyet.info.az-a klubun Mətbuat Xidmətindən verilən məlumata görə keçirilən məşqlər Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin , “İrəvan” FK-nın İdarə Heyətinin sədri Zülfüqar Kazımovun və klubun prezidenti Zahid Niyazəliyevin diqqətindən yayınmır.
Klubun rəhbərliyi müntəzəm məşqləri izləyir, yeni transfer olunan futbolçularla mütəmadi maraqlanırlar.
Böyük məqsədlərə doğru irəliləyən, 1-ci Liqada mübarizə aparacaq “İrəvan” Futbol Klubu çalışmalarını davam etdirir.
Xatırladaq ki, 2023/2024-cü ilin futbol mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
















