“İrəvan” FK daha bir yeniliyə imza atdı
09.08.2023“İrəvan ” FK -nın futbol komandasından əlavə olaraq uşaq Futbol Akademiyasını da gücləndirir. Bu münasibətlə ASK Arenada klubun akademiyasına daha 5 idmançı – Azər Natiq oğlu Şirinov,
Dərya Mirzə oğlu Mirzəyev, Anar Zaur Quliyev, Əli Azər oğlu Hüseynov və Nurlan Tahir oğlu Qurbanov transfer olunub.
“İrəvan “FK-nın mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlı Hakimiyyet.info.az-a bildirib ki, kluba yeni qəbul olunan idmançıları ictimaiyyətə təqdim edən “İrəvan “FK-nın prezidenti Zahid Niyazəliyev bildirib ki, avqust ayının sonunadək bir neçə tanınmış futbolçuların kluba transfer olunacağı da gözlənilir.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

















