Donald Tramp üçün həbsxana “hazırlanıb”
16.08.2023Donald Tramp və iş üzrə digər müttəhimlərin yerli həbsxanaya gəlmələrini gözləyirəm. Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı növbəti ittihamın irəli sürüldüyü Corciya əyalətinin şerifi deyib.
Şerifin sözlərinə görə, Ağ Evin keçmiş rəhbəri hər an həbsxanaya gələ bilər.
Dairə prokurorluğundan və sədrlik edən hakimdən alınan təlimata əsasən, ittihamnamədə adı çəkilən 19 müttəhimin hamısının Rays küçəsindəki həbsxanaya göndərilməsi nəzərdə tutulur./Trend











