Şahmar Mövsümov: “BMT TŞ-nin müzakirələri kimin real və davamlı sülh istədiyini nümayiş etdirdi”

Şahmar Mövsümov: “BMT TŞ-nin müzakirələri kimin real və davamlı sülh istədiyini nümayiş etdirdi”

17.08.2023 Off By Füzuli İsmayılov

BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

Mövsümovun sözlərinə görə, dünənki müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamaqda davam edir./Trend

Share