Ərdoğan bu gün Türkiyə hökumətinin iclasını keçirəcək

Ərdoğan bu gün Türkiyə hökumətinin iclasını keçirəcək

21.08.2023 Off By Füzuli İsmayılov

Bu gün Türkiyə hökumətinin iclası olacaq. Xəbəri “TRT Haber” yayıb.

Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə bir çox məsələ daxil edilib. İclasda inflyasiyaya qarşı mübarizə, sentyabrda açıqlanması gözlənilən Orta Müddətli Proqramla bağlı araşdırmalar, dövlət qulluqçularının əməkhaqqının, pensiyaların artırılması ilə bağlı məsələlər, habelə xarici siyasət məsələləri müzakirə ediləcək.

Share