“Neftçi” basketbol klubu Dünya Qadın Seriyasının Melilya mərhələsinin qalibi olub
21.08.2023İspaniyada təşkil olunmuş 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi avqustun 19-da yekunlaşıb.
Melilya mərhələsinin final oyununda təmsilçimiz “Neftçi”, ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda “Neftçi” rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.
“Neftçi” nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında 3×3 qadın millimiz və “Neftçi” nin növbəti oyunları avqustun 22-də doğma Bakımızda baş tutacaq./Trend











