Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılır
22.08.2023Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. II mərhələ lisey və gimnaziya seçimi 25 avqust saat 15:00-da başa çatacaq.
Boş qalan yerlər üçün sy.edu.az portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
Vakant yerlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: http://bitly.ws/SLGZ
Qeyd edək ki, 28 avqust tarixindən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.











