Hindistanın kosmik gəmisi Ayın cənubuna enib

Hindistanın kosmik gəmisi Ayın cənubuna enib

23.08.2023 Off By Füzuli İsmayılov

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib. Xarici KİV-lərin verdiyi xəbərə görə Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.

Qeyd edək ki, bir neçə gün önəcə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.

Share