Kəlbəcər istiqamətində düşmənin uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

Kəlbəcər istiqamətində düşmənin uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb

27.08.2023 Off By Füzuli İsmayılov

Müdafiə Nazirliyindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Share