“İrəvan” FK tanınmış futbolçuları transer etməkdədir
02.09.2023“İrəvan” FK növbəti transferini də reallaşdırdı. Belə ki “İrəvan” Futbol Klubuna dəvət olunan belaruslu qapıçı Andrey Sinenkonun Heydər Əliyev adına hava limanında qarşılanma mərasimi olub. Belaruslu qonağı qarşılayanlar sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri, klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov və “İrəvan” FK-nın prezidenti Zahid Niyazəliyev də olub.

1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq məşhur qapıçı 191 sm boya malik olan 26 yaşlı qolkiperin son klubu vətənində “Dinamo Minsk” olub.
1-ci Liqada mübarizə aparacaq “İrəvan” komandası səviyyəli futbolçular transfer etməklə heyətini güclləndirməkdədir.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
Mübariz Süleymanlı
“İrəvan ” FK -nın Mətbuat Xidmətinin rəhbəri











