Onun barəsində cinayət işi məhkəməyə göndərilib

Onun barəsində cinayət işi məhkəməyə göndərilib

04.09.2023 Off By Füzuli İsmayılov

Tərtər rayon prokurorluğundan Hakimiyyet.info.az-a daxil olan məlumatda bildirilir ki, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi, cari il mayın 4-də Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmlinin öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb (https://genprosecutor.gov.az/az/post/6287).

İbtidai istintaqla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmlini kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Share