Bakı məktəblərində formaların seçimi təsdiq olundu

Bakı məktəblərində formaların seçimi təsdiq olundu

11.09.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakı məktəblərində pedaqoji şuralar tərəfindən məktəbli formalarının seçimi təsdiq olunub. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbli forması Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək tədbirdir və idarə burada kommunikasiyaedici tərəfdir.

“Bu istiqamətdə çox yaxşı iş gedir. Vahid məktəbli geyimi nizam-imtizamın başlanğıcıdır. Düşünürük ki, məktəblərimiz bu sahədə də göz oxşayacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Bakı təhsil işçilərinin sentyabr konfransı keçirilir.

Share