Qarabağ ermənilərinə humanitar yardım oyunu
11.09.2023Son zamanların Qarabağda yaşayan ermənilərin blokadaya salınması və aclıq fəlakəti keçirmələri adı ilə sadəcə erməni separatizmini dəstəkləyən Qərbin məsələni beynəlmiləlləşdirmək cəhdddən başqa bir sey deyildir. Hələ tarixdə hər hansı bir dövlətin ərazisində hər hansı bir azlığın özünü düşünülmüş şəkildə blokadaya salmaqla aclıq aksiyası altında suverenlik qazanma təşəbbüsü görünməyib və mümkündə deyil. Belə bir tendensiya dövlətlərin ərazi bütövlüyünün suverenliyinə və beynəlxalq hüquqa sadəcə bir qəsd və bəşəri fəlakətə səbəb olar.
Dünyaya demokratiya dərsi sırıyan Qərb görən hansı demokratiyaya və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının beynəlxalq prinsiplərinə əsaslanaraq belə bir cəhdə təşəbbüs göstərir? Budur riyakarlığın demokratik prinsiplərdən sui istifadənin kobud təzahürü və siyasi avantürası.
Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan və qorunan suveren ərazisinə daxil olan subyektidir. Orada yaşayan erməni azlığının özlərini suveren ərazi elan etməsi, qanunsuz prezident seçkiləri keçirməsi, beynəlxalq aləmdə müəyyən gücə malik olan maraqlı tərəflərin dəstəyi ilə düşünülmüş şəkildə özlərini blokadaya almaqla aclıq keçirmələri adı ilə dünyada səs küy salmaları görən bu dünyanın nizamına məsul olan beynəlxalq güclərin və təşkilatların prinsiplərinə toxunmurmu. Axı bu dünya nizamımın və ədalətin pozulması və bəşəri fəlakətin astanasıdır.
Dünyanın nizamına məsul olan beynəlxalq güclər və təşkilatlar, sizə yaxşı məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq yardıma ehtiyacı olan humanitar fəlakət zonası mövcud deyil. Düşünülmüş silahlı erməni separatizmi fəaliyyət göstərir və müəyyən dairələrdən dəstək almaqla Azərbaycan hakimiyyətinə güc nümayiş etdirir. Azərbaycan hakimiyyəti bunu yaxşı başa düşür, 30 il bunun ağrı-acısını yaşayıb və bir daha heç bir güzəştə getmək fikri yoxdur.

Artıq ikinci gündür ki, Ağdam –Xankəndi yolu ilə hərəkət edən Rusiyanın Qızıl Xaç Cəmiyyətinə məxsus humanitar ərzaqla dolu yük avtomobilləri Qərbin təsiri altında olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) təzyiqi və Qarabağ separatizminin imtinası ilə Bərdə şəhərində dayanır. Erməni ərazisində Laçın sərhəd buraxılış məntəqəsi ilə üzbəüz BQXK-nın humanitar ərzaq yüklü tirləri gözləyir. Buda Azərbaycana təzyiqin eybəcər görünən bir formasıdır.
BQXK bunu yaxşı bilməlidir ki, Azərbaycanın Qarabağ zonasında heç bir fəlakət zonası yaranmadığından daxil olan bütün yüklər tam gömrük və sanitar-gigiyena nəzarətindən keçməli və müvafiq dövlət rüsumu ödənilməlidir. Diplomatik toxunulmazlıq yalnıx BQXK-nin əməkdaşlarına aiddir, onların daşıdıqları “dippoçt” sayılmır və güzəşt tətbiq olunmur. Nəzarətsiz keçirilən yüklərin aqibəti Laçın – Şuşa yolunda keçirilən ekofəalların aksiyasından Azərbaycana yaxşı məlumdur və bir daha o fəlakətləri yaşamaq fikrimiz yoxdur.
Hümanitar adla daxil olan ərzaq məhsulları Xankəndi və ətraf ərazilərə BQXK-nın əməkdaşı tərəfindən pulsuz paylanılmalıdır. Hər hansı bir ticarət obyektinə verilərsə və oradan satışa çıxarılarsa, onda BQXK alıcı və satıcı arasında qeyri qanuni vasitəçi hesab olunacaq. Bütün bunlara Azərbaycanın aidiyyətli orqanları nəzarət etməkdə beynəlxalq normalara və Azərbaycan qanunvericiliyinə görə tam hüquqludurlar.
Əks təqdirdə Azərbaycan qanunvericiliyinin və iqtisadi suverenliyinin pozulması və Qarabağda “boz zona”nın gücləndirilməsi hesab olunmaqla Beynəlxalq Məhkəmə məsuliyyəti yaradır.
Əmir Çıraqəliyev,
İqtisadçı-hüquqşünas











