Xankəndində bayrağımızın dalğalanmasının bir addımlığındayıq

Xankəndində bayrağımızın dalğalanmasının bir addımlığındayıq

13.09.2023 Off By Füzuli İsmayılov

                                                             

Artıq Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejiminin  problem və təxribatlarına baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsi bu yolun açılması istiqamətində  mühüm irəliləyiş hesab olunur.

Azərbaycan XİN-in bəyanatından da görünür ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır.

 Məsələnin qaranlıq tərəfi ondan ibarətdir ki, Ermənistan Azərbaycan arasında sərhədlər müəyyən edilmədiyindən qonşuluq munasibəti üzrə beynəlxalq subyektin tərəfi  ola bilməz. Ermənistan  Gömrük vergisi ödəmək üçün sərhədləri dəqiqləşdirməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və müvafiq ticarət sazişləri imzalamalıdır. Bunların heç biri yoxdursa, Laçın yolunun açılma  ehtimalı sıfıra bərabərdir.

Ona görə də Qarabağa yüklərin daşınmasında yalnız Ağdam-Xankəndi yolundan istifadə gündəmdə ola bilər. BQXK-nin bu günki bəyanatından da görünür ki, Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır.

Azərbaycan hakimiyyətinin iradəli mövqeyinə və beynəlxalq səviyyədəki nüfuzlu diplomatiyasına əsaslanaraq demək olar ki,  Qarabağdan separatçıların təmizlənməsi, erməni azlıqlarının Azərbaycana  inteqrasiyası, ölkənin ərazi bütövlüyünün təmin olunması və Ermənistanla sərhəd məsələləri həllinin zəruri astanasındayıq.

Əmir Çıraqəliyev,

İqtisadçı-hüquqşünas                              

Share