Qısa zamanda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verəcəyik
15.09.2023Ermənistan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O vurğulayıb ki, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.
Qeyd edək ki, dünən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.











