KÖHNƏLMİŞ “QAYDA”, ÇÜRÜMÜŞ METOD
19.09.2023Son vaxtlar sosial şəbəkələrdə və o cümlədən reklam olmasın deyə, adını çəkmək istəmədiyimiz bəzi qəzet və saytlarda müxtəlif səpkili köhnəlmiş “qaydalar”la, yəni bir təşkilata, onun rəhbərinə qarşı sifarişli, qərəzli yazılara rast gələndə bu “tiplərin” zamanın axarından nə qədər geridə qaldıqlarını anlamamalrı adamı təəccübləndirir. Köhnə ideoloji mübarizə kimi hansısa rəhbər vəzifəli şəxsin barəsində dedi-qodu və çayxana söhbətlərini mətbuatla, sosial şəbəkələrlə ictimaiyyətin diqqət mərkəzinə gətirmək əslində dərhal özünü büruzə verir.
Artıq zaman o deyil. Dövlət və onun müvafiq qurumları da kadrlar barəsində 2×2 qaydasında məlumatlıdır və müasir texnologiyalar, rabitə vasitələri, internet sürətilə məlumatların dəqiqləşdirilməsi, müəssisə və onun fəaliyyəti barədə ətraflı informasiyalara malik olmaq tam yüngülləşib. Bəzi kinli, qərəzli, ağalıq iddiasında olan sifarişçi məmur tayfası da bunu nəzərə alıb boşuna insanların gözlə gördüklərinə, birbaşa şahidi olduqları hadisələrə “yalançı don” geyindirə bilmirlər. Sadəcə belə riyakar əməlləri ilə istəklərinə nail olmaq mübarizəsinə sərf etdikləri vaxt və maliyyəni cəmiyyətin, insanların rifahına sərf etmələri daha məqsədəuyğun olardı.
Bəzən jurnalistlər də belə iyrənc, üzdəniraq korrupsionerlərin toruna düşür, cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edirlər.
Bu günlərin populyarlaşan mövzusuna çevrilmiş Sumqayıt Tibb Mərkəzi və onun direktoru Səkinə xanım Sadıxovaya qarşı yazılan məqalə və yazılar diqqəti cəlb etməyə bilməz. Bir tibb işçisinə, qadına, böyük bir müəssisənini rəhbərinə qarşı bu qərəz və böhtanlar görəsən haradan qaynaqlanır? Yeni yaradılmış və ölkədə korrupsiya ənənələrini dağıtmaqda olan TƏBİB-ə qarşıdır, yoxsa onun təyin etdiyi kadrları nüfuzdan salmağa yönəlmiş addımdır?!
Hər halda bu barədə TƏBİB fikrini bildirəcək. Ancaq biz media nümayəndələri nədən ölkənin inkişafına, vətəndaş məmnunluğuna yönəlmiş addımları hər vəchlə baltalamağa çalışan korrupsioner məmurların alətinə çevrilirik? Bax müəmma buradadır.
Bir neçə gün önçə Sumqayıtda yaşayan əməkdaşlarımızdan biri Sumqayıt Tibb Mərkəzinin 4 saylı xəstəxanasının poliklinika şöbəsinə sağlamlıq arayışı almaq üçün müraciət edir və təsadüfən orada həkim qəbulunda maraqlı bir hadisənin şahidinə çevrilir. Qəbulda Sumqayıtda doğulub böyüyən, ali tibb təhsili olan gənc xanımla orada çalışan həkimin söhbətini eşidir. Həkim gənc xanımdan soruşur ki, sizin ali tibb təhsiliniz var, anestezoloq-reanimatoloqsunuz, nə əcəb burada işləmirsiniz?-sualına xanım bildirir ki, Bakıya işə düzəlir, burada qazanc yoxdur, dolanmağa imkan vermirlər, ancaq maaşa baxırsan, deyə-bildirir.
Bu xanımın fikrində şübhəsiz ki, dövlətin ayırdığı əmək haqqından əlavə gəlir əldə etmək niyyəti durur. Demək bəzilərinin hücum hədəfinə çevrilmiş Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova ölkə rəhbərinin TƏBİB-in qarşısına qoyduğu tapşırıqların həyatra keçirilməsinə nail olub. Rüşvətə, korrupsiyaya qarşı mübarizə burada reallığa çevrilib. Bax budur çirkli kampaniyanın məğzi! Prezidentin islahatlarına dəstək verən, TƏBİB-in göstərişlərinə uyğun işləyən Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovaya qarşı aparılan köhnə qayda və çürümüş metod artıq keçərli deyil. Səkinə Sadıxova da öz düzgün mövqeyindən geri çəkilənə oxşamır. Düşünürəm ki, biz də belə fədakar kadrları, cəsur xanımları müdafiə etməklə ölkə rəhbərinə dəstək olmalıyıq!
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru,
AJB-nin üzvü











