Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək
28.09.2023Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz qəbul edilməsi regionun rifahına töhfə verəcək. Bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasında (MGK) qeyd edilib.
“Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olması və regionumuzdakı bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə açıla bilər”, – deyə MGK-nın açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.











