Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub
29.09.2023Mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
Heydər Məscidində mərhumla vida mərasimindən onun cənazəsi İkinci Fəxri xiyabana gətirilib. Ötən gecə vəfat edən millət vəkili Qənirə Paşayeva dəfn edilib. Dəfn mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edib.
Foto: Zaur Mustafayev



















