Uğuruna uğur qatan “İrəvan“ komandası

Uğuruna uğur qatan “İrəvan“ komandası

04.10.2023 Off By Füzuli İsmayılov

14 yaşlılar arasında Azərbaycan çempionatının 1-ci turu başlayıb.
“İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası yarış meydanında da özünü sınayıb. Komandanın ilk oyunu “Rekord Bakı ” komandası ilə olub.

Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 3: 0 hesabı ilə “Rekord Bakı” komandasını məğlub edib. Bundan əlavə “İrəvan”nın region liqasında çıxış edən komandası Qubadlının “Xanlıq” komandası ilə üzləşib. Keçirilən yoldaşlıq görüşü də 6:3 hesabı ilə “İrəvan”ın qələbəsi ilə başa çatıb.

Xatırladım ki,”İrəvan” FK -nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyev, “İrəvan” region komandasının baş məşqçisi isə Arif Abbasovdur.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK-nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov, “İrəvan” FK-nın prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov də olub.

Mübariz Süleymanlı,

“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri

Share