Leyla Muradovanın öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb

Leyla Muradovanın öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb

05.10.2023 Off By Füzuli İsmayılov

Sumqayıt şəhər prokurorluğundan Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər verildiyi kimi iyunun 26-da 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
(https://genprosecutor.gov.az/az/post/6483)

İstintaqla 1993-cü il təvəllüdlü Balafər Muradovun qeyd edilən tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yaşadığı evdə arvadı Leyla Muradovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Balafər Muradova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Share