Araik Arutyunyan saxlanılıb, Bakıya gətirilir
05.10.2023Hakimiyyet.info.az xəbər verir ki, Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Sahakyan (2007-2020), “Daşnaksutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.











