Türkiyə kosmos sektorunu inkişaf etdirmək istiqamətində fəal şəkildə irəliləyir

05.10.2023 Off By Füzuli İsmayılov

Türkiyə kosmos sektorunu və müdafiə innovasiyalarını inkişaf etdirmək yolu üzrə davamlı olaraq irəliləyir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində səfirlikdə keçirilən qəbul zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə kosmosda əməkdaşlığın qlobal problemlərin həllinə töhfə verdiyinə inanmaqla yanaşı, texnologiya sahəsində liderliyə fəal şəkildə can atır.

O qeyd edib ki, ötən il Türkiyə dövlət büdcəsindən bu sahələrin inkişafına iki milyard ABŞ dollarına yaxın vəsait ayırıb ki, bu da ÜDM-in 0,4 faizinə bərabərdir.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi işə başlayıb.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, sərmayədarların və özəl kosmik şirkətlərin, yerli və beynəlxalq medianın nümayəndələri, o cümlədən 101 ölkədən 5000-dən çox nümayəndə iştirak edir. Beynəlxalq Astronavtika Konqresində sərgi pavilyonunda 150 şirkət təmsil olunur.

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

Türkiyə kosmos sektorunu inkişaf etdirmək istiqamətində fəal şəkildə irəliləyir - Səfir (FOTO)

Share