“İrəvan” FK -nın 14 yaşlılardan ibarət komandası da qələbələri ilə bizi sevindirir

“İrəvan” FK -nın 14 yaşlılardan ibarət komandası da qələbələri ilə bizi sevindirir

08.10.2023 Off By Füzuli İsmayılov

Bu gün “İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası “Dalğa Arenada” “Mübariz ” FK klubu ilə üzləşib. Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 6: 1 hesabılə rəqib “Mübariz” FK komandasını məğlub edib.

“İrəvan” FK nın 14 yaşlılardan ibarət futbol komandası bundan əvvəl 3:0 hesabı ilə “Rekord Bakı” komandasını məğlub etdi.
“İrəvan” FK nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyevdir.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov, “İrəvan”FK- nın prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov da olub.

Mübariz Süleymanlı,

“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri

Share