Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub

Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub

08.10.2023 Off By Füzuli İsmayılov

Lənkəranın Kərgəlan kəndində anadan olan Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub. İşınə məsuliyyətlə yanaşan bir insan kimi tanınır Ceyhun Kərəmov. Haqqında soruşularkən: işini sevən, nəfsinə sahib, tamahı olmayan səmimi kadr kimi tanıyırlar onu. Yeni vəzifədə islahatların uğurla həyata keçirilməsinə maraqlı olacağına biz də inanırıq.

▪︎Ceyhun Kərəmov 1998-1999-cu illərdə FLEX proqramını qazanaraq 1 təhsil ili ərzində ABŞ-da orta məktəbin 12-ci sinfində təhsil alıb.

▪︎1999-2003-cü illərdə Azərbaycan Dillər Universitetində avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

▪︎2004-2006-cı illərdə ABŞ-ın Corciya Dövlət Universitetində dövlət idarəetməsi ictimai-siyasi analiz və qiymətləndirmə ixtisası üzrə magistr təhsili alıb.

▪︎2018-ci ildə Fransada yerləşən İNSEAD Biznes Məktəbinin Qlobal Biznes İdarəetməsi Proqramını bitirib.

Ceyhun Kərəmov 2006-2020-ci illərdə bp şirkətinin Azərbaycan nümayəndəliyində ekspert və rəhbər vəzifələrdə işləyib.

✓2007-2010-cu illərdə Xəzər Universitetində, 2018-ci ildən isə Bakı Ali Neft Məktəbinin tərkibindəki Layihə İdarəetmə Məktəbində, həmçinin ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.

2020-ci ildə o, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub, 2022-ci ildən hazırki təyinatadək isə həmin Agentliyin direktoru səlahiyyətlərini icra edib.

Təbrik edirik. Uğurlar arzulayırıq.

Share