FƏDAKARLARI QORUYAQ Kİ, SAXTAKARLAR ARTMASIN 

FƏDAKARLARI QORUYAQ Kİ, SAXTAKARLAR ARTMASIN 

12.10.2023 Off By Füzuli İsmayılov

Son vaxtlar ölkənin bəzi mətbu orqanlarında, sosial şəbəkələrdə kampaniya şəklində ölkənin işgüzar şəxslərinə, idarə və müəssisə rəhbərlərinə qarşı yazılan sifarişli yazılar o qədər iyrənc hala çevrilib ki, insanlar eşitdikləri doğrunun da yanlış olduğunu düşünürlər. İndi gəl kütləni inandır ki, bu yayılanlar çayxana söhbətidir, arvadlarını işə göndərib özləri bekarçılıqdan çayxanalarda domino, nərd və s. ilə vaxtını öldürən arvadağız, din-imandan xəbərsiz bəzi ərciyəzlərdir. Adam biri ilə çay içməyə bunların əlindən çayxanaya girməyə də utanır. Necə deyərlər, istirahət məkanları qeybət, yalançı sosial şəbəkə məlumatlarının müzakirə mərkəzinə çevrilib. Abırlı, yaşlı və ziyalılar belə söhbətlərə fikir vermədikdə qəsdən bu tip “xəbərçilər” onlara da münasibət bildirməklərini istəməklə, məclisin ”üzvünə” çevirməyə çalışırlar. Xülasə, ya qoşul, ya da abrını gözlə, bu yerlərə bir də ayaq basma. Bütün bunlar cahilliyin, bekarçılığın məhsuludur desək, bizi qınamazsınız. Ancaq bəziləri də deyir ki, yox, bu tiplər harda olursa olsunlar, əməllərindən əl çəkən deyillər.  

   Gələk mövzumuza. Yəni, TƏBİB-in nəzdində olan Sumqayıt Tibb Mərkəzinə və onun TƏBİB tərəfindən təyin edilımiş direktoru Səkinə Sadıxovanın ünvanına yazılanlara. Əlbəttə, bu mərkəz və direktor haqqında kifayət qədər xoş əhval-ruhiyyəli xəbərlər, yazılar var, ancaq bundan şəxsi maraqlarına görə narazı olanlar dayanmadan iyrənc əməllərini kənara tullaya bilmir, yalan, böhtan yazmaqda davam edirlər. Bəs bizə nə olub? Belə şər-şəbədə yazanlara təslim olmalıyıqmı? Yoxsa vicdanımızın ağzına ”probka” basıb susmalıyıq? Əsla bunu düşünmək haqsızlıqdır. Axı cəmiyyəti kimlərin əlinə buraxmalıyıq, yalançı, fırıldaqçı və korrupsionerlərinmi öhdəsinə? Bəlkə düşünək, övladlarımız böyüyür, ölkə rəhbəri ata vəsiyyətini yerinə yetirib ölkəmizin işğalda olan Qarabağ torpaqlarını məhz vətənpərvər gəncliyin sayəsində xilas etdi. Ölkənin gələcəyi gəncliyin çiyinləri üzərindədirsə, məhz gənclərimiz prezidentə və ölkənin birinci xanımına dəstək olan idarə, müəssisə rəhbərlərini qorumalı, onlar haqqında iftiralar yayanları ifşa etməlidirlər.  

     Araşdırma və müşahidələrimiz göstərir ki, son illər TƏBİB səhiyyə sahəsində ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq tabeliyində olan kadrların əmək haqqını yüksəltməklə onların peşəkarlığına, iş təcrübəsinə, keçmişdən miras qalan rüşvətxorluğuna qarşı ciddi diqqət yetirir. Məhz bu səbəbdən bəzi qüvvələr reallıqla barışa bilmir, bu vəya digər formada bu sahədə düzgün iş quran, peşəkarlıq nümayiş etdirən, işini dövlət başçısının tələbləri səviyyəsində quran Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovanın və onunla birgə kollektivdə çalışan fədakarların işinə əngəl törədirlər.  

       Bircə faktı qeyd etmək yerinə düşər ki, əvvəlki illərdə Sumqayıt Tibb Mərkəzinin bəzi əməkdaşları kənar orqanlarda çalışan havadarları sayəsində dövlətin vəsaitini mənimsəməklə böyük nöqsan və cinayətlərə bulaşmışlar. Onların əməllərinin qanunazidd tərəfi məhz TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinə Səkinə Sadıxova direktor təyin edildikdən sonra aşkar olunaraq qarşısı alınmışdır. Belələrinin himayəsində olan KİV nümayəndələri, sosial şəbəkə istifadəçiləri Baş Prokurorluğun yaydığı məlumatları müxtəlif başlıqlarda verib guya hadisələrin indiki rəhbərliyin dövrünə aidliyini, indiki direktor və onun komandasının barəsində cinayət işinin başlanmasını göstərməklə ictimaiyyətin fikrini çaşdırmağa yönəlir. Əslində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən rəsmi məlumatda açıq-qşkar göstərilir ki, istintaqla tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Təsvir əlavə olunur...

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. 

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib. 

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. 

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş  əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib. 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyandan 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub. 

       Baxın, hər şey aydın şəkildə sadə və rahat. Ancaq bu şəxslər öz əlaltılarından mənimsədiyi pulların sayəsində qisas almaq, onları “obyektlərindən” uzaqlaşdıran Səkinə Sadıxova haqqında ictimai rəyi çaşdırmağa çalışırlar.  

       Əslində xalqa, ictimaiyyətə, eləcə də başda TƏBİB olmaqla ölkə rəhbərliyinə Səkinə Sadıxovanın gördüyü işlər yaxşı məlumdur.  

       Bir faktı qeyd etmək lazımdır ki, Böyük Qələbəmizdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərimizin və qazilərimizin ailələrinə Səkinə Sadıxovanın rəhbərliyi ilə göstərilən qayğıdan məlum olur ki, bu xanım xalqına, dövlətinə nə qədər etibarlıdır.  

       Əvvəlki rəhbərliyin dövründə təmirə ehtiyacı olan tibb ocaqları kifayət qədərdir. Hələ bu azmış kimi mərkəzin tabeliyində olan bina və avadanlıqların əksəriyyətinin sənədləşməsi bilərəkdən qeydiyyata alınmamış, invertarlaşdırma bərbad gündə olmuşdur. Bu da mənimsəmə, korrupsiya üçün münbit sahəyə çevrilmişdir. Pullu xidmətlə, pulsuz xidmət növləri qarışaraq vəsaitlərin mənimsənilməsinə geniş imkanlar yaradılmışdır. Məhz belə nöqsanların aradan qaldırılmasına yönələn hərəkətlər bir çoxlarını Səkinə Sadıxovadan narazı salmışdır. Bununla barışa bilməyənlər istər rayon, istərsə də respublika rəhbər orqanlarına yalan məlumatlar ötürməklə ara qarışdırmağa cəhd edirlər. Bu günlər Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan xəstəxanalın birinin vaxtında təmir edilmədiyindən uçması Səkinə Sadıxovanın məzuniyyətdən vaxtından əvvəl geri qayıdıb bu problemin həllini daxili inkanlar hesabına tez bir zamanda aradan qaldırılmasına məcbur etmişdir. Səkinə xanıma qarşı yalan və böhtan yayan bəzi kişilərdən fərqli olaraq bu qadın kişi kimi öz işinin başındadır, necə deyərlər, aslanın erkəyi, dişisi olmaz.  

  Digər tərəfdən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan ayrı-ayrı müəssisələrin də fəaliyyəti tam günün tələbləri səviyyəsində qurulub. Orta ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir. 

Belə tədbirlərdən biri də Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə və “Təfəkkür” liseyində “Profilaktik peyvəndlər” və “Kəskin respirator xəstəliklər” mövzusunda keçirilib. 

    4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi, pediatrları Sevinc Abdullayeva, Nəsibə Fərhadova, Zəminə Sadıqova və Sevinc Hüseynova uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti ilə bağlı, eləcə də kəskin respirator xəstəliklər və onlardan qorunmaq yolları haqqında valideynlərə ətraflı məlumat verib. 

   TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi yeni layihəyə start verir. Belə ki, Sumqayıt Tibb Mərkəzinin Feysbuk səhifəsi  üzərindən canlı yayımlar təşkil edilməyə başlayıb. 

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) orta ümumtəhsil məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda silsilə tədbirlər keçirir.  

Növbəti belə maarifləndirici tədbir STM-nin 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) təşkilatçılığı ilə “İstedad” liseyində və 27 nömrəli tam orta məktəbdə keçirilib.  

ASM-in həkim-pediatrı Səbinə Abasquluzadə şagirdlərə narkotikin insan səhhətinə, sağlamlığına vurduğu zərərlərdən ətraflı məlumat verib. 

Narkomaniyaya qarşı mübarizənin əsas məqsədinin sağlam mühit və sağlam gələcək olduğunu vurğulayıb. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

Şəhid ailələrinə və qazilərə qayğı ilə yanaşan Sumqayıt Tibb Mərkəzinin  rəhbərliyi onları daima diqqətdə saxlayır. Mərkəzin tabeliyində olan 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) əməkdaşları qazi Ədalət Məmmədovun və şəhid Eldar Abdullayevin ailələrini ziyarət ediblər. Ziyarət zamanı vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin səhhəti ilə yaxından maraqlanıb və onlarla həmsöhbət olublar. 

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında “Heydər Əliyev ili” çərçivəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib. 

Kollektivin iştirak etdiyi “Əbədi və sarsılmaz müstəqillik” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan Uşaq Xəstəxanasının baş həkim əvəzi Esmira Hüseynova bildirib ki, 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlayıb. Qeyd olunub ki, Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərib. Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri Sehri Babayev Ulu Öndərin istər sovet dövründə, həmçinin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətçiliyin möhkəmləndirilməsində, milli ruhun, azərbaycançılıq məfkurəsinin yüksəldilməsində xidmətlərindən bəhs edib. 

Vurğulanıb ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.  

Təcili yardım şöbəsinin müdiri Sevil Kərimova bildirib ki, Ümumilli lider Heydər Əliyevin miras qoyduğu irs cəmiyyətimizin hər sahəsinin inkişafında öz töhvəsini verməkdədir.  

Digər çıxış edənlər – Yoluxucu xəstəliklər şöbəsinin böyük tibb bacısı Tünzalə Babayeva və Travmatologiya şöbəsinin böyük tibb bacısı Nuridə Məhərrəmova bildiriblər ki, Ümummilli liderin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “ Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda keçirilən konfransda Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova bildirib ki, Azərbaycan səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı bvə XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, inkişaf edib, indiki səviyyəyə çatıb. Ümummilli Liderin başladığıinkişaf strategiyası bu gün Preziden İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidənqurulması, modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Sumqayıt şəhərində də tibb xidmətinin keyfiyyəti nin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanıb. Şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyətitəmir edilb, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub. 

Bu dövlət, cəmiyyət, kollektiv qarşısında hesabata olsa da, mərkəzin direktorunun məsuliyyətli fəaliyyətinin bariz nümunəsidir. Gəlin olanları olduğu kimi yazmaqdan həzz alaq, sevincə, inkişafa dəstək olaq. 

Füzuli Əfqanoğlu, 

“HAKİMİYYƏT” qəzeti 

Share