Ayıq adamın sayıqlamasına necə baxırsınız?

Ayıq adamın sayıqlamasına necə baxırsınız?

12.10.2023 Off By Füzuli İsmayılov

Bir neçə müddətdir yediyi qaba tüpürən alim kimi özünü cəmiyyətə sırıyan birisi- Həbib Zərbəliyev adlı İndoneziyaşünas bütün ömrünü elmə “həsr etmiş” və bu elmin son nəticəsini Azərbaycanın tanınmış ziyalılarından biri, yazıçı, dilçi-alim, Azərbaycan Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin və onun rəhbərlik etdiyi universitetin kollektivi barədə hədyanlar yazmaqda tapmışdır. Başı o qədər qarışıb ki, doğma qızının bu universitetdə İndoneziya mərkəzinin direktoru olmasını da unudub. Baxmayaraq ki, qızı heç indoneziyaşünas da deyil. Hətta paylaşdığı “xəfiyyə saatın” vasitəsilə qadınlardan da istifadə edib çəkdiyi videoların sayəsində bu saatı baha qiymətə satmaq üçün hərraca çıxarıb. Bu da elm adamı, vücud halına düşmüş alim.

Təhsil Nazirliyində işlədiyi vaxt qazandığı “hörmət” sayəsində oradan uzaqlaşdırılan bu professor özünü işlədiyi Azərbaycan Xarici Dillər Universitetində də tapa və ya yerləşdirə bilməyib. Fikirləşib ki, Milli Elmlər Akademiyası onun düşüncələri üçün münbit məkandır və yerləşdiyi AMEA-da da rahatlana bilmir. Ali Attestasiya Komissiyasının üzvü olduğu zamanda orada da yerləşə bilməyib. Dostlarının yaydığı məlumata görə, ona akademik Kamal Abdullayevə qarşı verilmiş sifarişlərin yerinə yetirilməsi üçün rahat məkan, boşluq məhz hörmətli İsa Həbibbəylinin rəhbərlik etdiyi AMEA-da geniş imkanlar var. Bu Həbib Zərbəliyev kimi birisinin hansı yala çox öyrəşməsi tam bəlli olmasa da, ayıq vəziyyətdə sayıq olmasına da şübhələr var. Hər dəfə feysbuk və özünəbab saytlarda əsassız iddialar irəli sürməklə zərbələr endirmək istəyən Həbib elə bilir ki, soyadını-yəni Zərbəliyevi doğruldur. İndoneziyaşünas olmaq yaxşıdır, onların müsbət cəhətləri də az deyil, gərək qəbilə təfəkkürünə varıb mənfi xüsusiyyətləri yayasan, ay Zərbəliyev? Axı sənin ziyalı təfəkkürünə sığmayan düşüncələrinə, əsassız ittihamlarına “layk” qoyanların akademik Kamal Abdullayevlə mərdanə mübarizəsinə nə mane olur. Yazdığına görə Kamal Abdullayev səni bir varlıq, vücud hesab etmədiyindən hədyanlarını məhkəmə müstəvisinə çıxarmır. Sənin də istəyin fikrimizcə budur ki, elm adamlarını belə cılız işlərə cəlb edib ölkədə ziyalı savaşı yaradasan. Bu da düşmən təxəyyüllü insanların tərzidir. Düşünürəm ki, əgər elm adamı kimi özünü görürsənsə, bu sayıqlamalardan əl çəkib ömrünün sonunu mənalı bir şeyə, əgər mümkünsə, həsr edəsən!

Füzuli İsmayılov,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru,

AJB-nin üzvü

Share