Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən çıxmaq üçün daha bir addım atdı

Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən çıxmaq üçün daha bir addım atdı

20.10.2023 Off By Füzuli İsmayılov

Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması barədə qanun Rusiya Federasiyasının Şurasına daxil olub.

Trend-in xəbərinə görə, bu barədə Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Konstantin Kosaçev özünün “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, sənəd plenar iclasda oktyabrın 25-də nəzərdən keçiriləcək.

Xatırladaq ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Oktyabrın 18-də Rusiya Dövlət Duması qanunu 3-cü oxunuşda qəbul edib.

Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub. Müqavilə nüvə yüklərinin sınaq partlayışlarını, həmçinin dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.

Share