Nə oldu sana, nə oldu böylə ay Həbib, AAK-dan da qovuldun?

Nə oldu sana, nə oldu böylə ay Həbib, AAK-dan da qovuldun?

20.10.2023 Off By Füzuli İsmayılov

Qəribə işləri var dünyanın. Biri yazır qalxır, biri yazır düşür. Bəzən də batır. Alimciyəz, yəni balaca vücudlu alim Həbib Zərbəliyev yazdıqca batır, ananas kollarının içində Yəni elmdə bir şey tapa bilməyib indidə soxulub kol-kosun içinə. Əslində Həbib Zərbəliyev öz yerini tapıb. Necə də tapmasın. İntriqabazlıq onun başını o qədər qatıb ki, işlədiyi mötəbər yerlərdən qovula-qovula qalıb qovrula-qovrula. Məcburən gah eşşəyə minir, gah kol-kos arasında ananas axtarır. İndi də deyirlər iki, Ali Attestasiya Komissiyasından da işdən qovulub. Oxucular da təəccüb edir ki, bir belə yerlərdə intriqa kabusuna çevrilmiş professor Həbib nə əcəb Akademik İsa Həbibbəyliyə xoş gəlib?

Şəkildə Həbibin nədən yemək yeməyib fikirləşdiyini görəndə sual yaranır: Bu qədər iştahsızlıq olan halda nədən insanlara böhtan, şər yazırsan? Axı bumeranqın qaydalarını yəqin ki, sənə İndoneziyada başa salıblar.

Düşünürük ki, bəlkə də bunun Azərbaycan elm adamlarına, akademiklərə, ziyalılara hədyanlar yazan, aranı qarışdırmaqdan zövq alan Həbib Zərbəliyev heç də əməllərindən soyumayıb, ya da dayanmayıb. Yəqin növbəti hədəfi AMEA-nın prezidenti Akademik İsa Həbibbəylidir. Sizi inandırım ki, belə tiplər, yal haqqında çox bilən zadlar heç vaxt sakit dura bilmirlər.

Share