Prezidentimizin imzasıyla Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır

Prezidentimizin imzasıyla Azərbaycan dünyanın ən güclü ölkələri sırasındadır

27.10.2023 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. O, Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli – Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verib.

Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Statistik göstəricilər də bu reallığı təsdiq edir. Son 17 ildə ölkəmizin iqtisadi göstəriciləri daim artıb. İqtisadiyyatın genişlənməsi ilə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənib. Bəhs olunan dövrdə respublikamıza daxili və xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları davamlı olaraq artıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin olunmasıdır. Başqa sözlə, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş əks olunur.
Prezidentin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Azərbaycanın qüdrətinin daha da artmasını, ölkənin dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.
Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib, bu, bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ötən müddət ərzində ölkəmizin iqtisadi qüdrətinin davamlı olaraq artması vətəndaşların sosial rifahının yaxşılaşmasına, sosialyönümlü layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bu gün əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Azərbaycanda sosial siyasətin səmərəliliyini təmin edən çox mühüm amillərdən biri bu sahədə davamlı islahatların həyata keçirilməsidir. Ölkə başçısı tərəfindən bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Dövlətimizin başçısının vurğuladığı kimi: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir”.
Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Zaur Əlizadə

Ədliyyə Nazirliyinin Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin

Böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu




Share