Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb
29.10.2023Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.
Milli Məclisin sədri öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək, yaralılara şəfa diləyib.











