“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşadıb

“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşadıb

02.11.2023 Off By Füzuli İsmayılov

Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilir.
Dünən “İrəvan” futbol komandasının Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda “Mingəçevir” futbol komandası ilə oyunu baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 2:0 hesabı ilə “Mingəçevir” futbol komandasını məğlub edib.
Xatırladaq ki, “İrəvan” futbol komandasının baş məşqçisi Nazim Süleymanovdur.
Oyunu izləyənlər sırasında “İrəvan” FK-nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov, klubun prezidenti Zahid Niyazəliyev, vitse-prezidentlər Həsən Həsənov və Canbaxış Hüseynov da olub.

Mübariz Süleymanlı,

“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri

Share